Dövlət Gömrük Komitəsi “Boras” MMC barədə inzibati protokol tərtib edib.
FED.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 1500 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Eləcə də bax: Yanvarın 1-dən tətbiq olunacaq - YENİ CƏRİMƏLƏR
Məhkəmə “Boras” MMC-ni İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilib.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il qərarından “Boras” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Boras” MMC polad armaturlar, borular və digər məhsulların topdan və pərakəndə satışını həyata keçirir.
Report