Dövlət Gömrük Komitəsi Azərbaycanın ən böyük yanacaqdoldurma məntəqəsi şəbəkələrindən biri olan “Azpetrol”u cərimələyib.
Eləcə də bax: Azərbaycanın tikinti şirkəti gömrük qaydalarını pozub - PROTOKOL TƏRTİB EDİLİB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb şirkətin gömrük qanunvericiliyini pozmasıdır.
“Azpetrol” barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Günel Səmədovanın icraatına verilib.
Protokola əsasən, "Azpetrol Ltd" MMC-ni İnzibati Xətalar Məcəlləsi ilə cərimə cəzası gözləyir. Baxış iclası oktyabrın 5-ə təyin edilib.