Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində keçirilən reydlər zamanı sərt karantin rejimi elan edilən Gəncə şəhərindən icazələri olmadan, qaydaları pozaraq istirahət məqsədilə Balakənə gələn 5 nəfər müəyyən edilib.
Eləcə də bax: Sərt karantinə baxmayaraq, Bakıdan rayonlara axın edirlər – VİDEO
FED.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin verilən məlumata görə, onlar Polis Şöbəsinə dəvət edilərək, profilaktik söhbətlər aparılıb. Karantin rejiminin qayda və tələbləri həmin şəxslərə izah olunub.
Qaydaları pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimələniblər.