Gəncədə mağazaya basqın edilib.
FED.az xəbər verir ki, hadisə Nərimanov prospekti 152 ünvanında yerləşən "Şərab evi"ndə qeydə alınıb.
Naxçıvanda dövlət əmlakını mənimsəməyə görə - CİNAYƏT İŞİ BAŞLANILIB
1996-cı il təvəllüdlü Kənan Orucov və Paşa adlı şəxs mağazaya basqın edərək, orada satıcı olan, 2004-cü il təvəllüdlü Elvin Rzayevin bıçaqla qoluna xəsarət yetiriblər. Onlar mağazadan 100 manat və 1 qutu dəyəri 4 manat olan siqaret götürərək qaçıblar.
Hadisəni törədən şəxslər saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb. (Apa)