Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeliyindəki orqanların əməkdaşları tədbirləri davam etdirir.
Eləcə də bax: Bakıda karantin rejimini pozan - KAFE TAPILDI
FED.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, BPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq Kəpəz RPİ-nə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Report