Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilir.
Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
FED.az xəbər verir ki, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Gəncə Apelyasiya Məhkəməsinin hakimləri Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynzadə Afiq Hüseyn oğlu Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin ediləcək.
Qeyd edək ki, Hüseynov Mirbahəddin Mirdamət oğlu Gəncə Apelyasiya Məhkəməsinin sədridir.
Eyni zamanda Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Rza oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Lətifə Məhyəddin qızı Məmmədova da vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad ediləcək. (Apa)