Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq.
Boşanma zamanı «kupçasız» evlər də bölünəcək – AZƏRBAYCANDA YENİ QƏRAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin “Ər və arvadın əmlaklarının bölünməsi” ilə bağlı Plenum qərarında əks olunub.
Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəyə edilmiş hədiyyələr istisnadır. Belə ki, onlar ümumi əmlak hesab edilir.
Amma ayrıca verilmiş hədiyyə şəxsin özününkü sayılır. Məsələn, nişanda bəyin qohumu gəlinə qızıl və ya başqa hədiyyə veribsə və cütlük gələcəkdə boşanarsa, həmin hədiyyələr gəlinin öz əmlakı sayılacaq.