Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.
Qərb mətbuatı: Fransanın casus şəbəkəsi Azərbaycanda ifşa olundu, Parisdə dəyişikliklər
FED.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.