Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirli bilinən Vahid Məcid Ehtiram oğlunun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
FED.az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Eləcə də bax: Azərbaycanda iş adamları üçün yeni cərimə - 6000 MANAT
Baxış iclası noyabrın 11-ə təyin edilib.
Qeyd edək ki, V.Məcid Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Vahid Məcid işlədiyi "Baku Trans" MMC-nin 74 min manatını mənimsəyib. Belə ki, Vahid Məcid mühasib işlədiyi şirkətdə bilet satışından gələn gəliri mənimsəyərək ələ keçirib. Daha sonra isə ölkədən qaçıb. Onun barəsində beynəlxalq axtarış elan edilib və Moskvada saxlanılaraq Azərbaycana təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və məbləğin 30 min manat olduğunu bildirib.
"Baku Trans" məşhur bilet satışı şirkətlərindən biri olan "FlyDubai" şirkətinin Bakıdakı təmsilçisidir.
Report