Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına qadağa qoyulubmuş.
Eləcə də bax: DTX Ermənistana casusluq edən şəxsi - Həbs Etdi
FED.az xəbər verir ki, buna səbəb Fatma Abdullazadənin rəhbərlik etdiyi sahə üzrə fəaliyyətinin istintaqda araşdırılması olub.
Bir müddət əvvəl Fatma Abdullazadə Azərbaycandan müalicə adı ilə xaricdə yaşamağa getmək istəyərkən hava limanından geri qaytarılıb və ölkədən çıxışına "stop” qoyulduğu deyilib.
Hazırda sabiq şöbə müdirinin ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılıb-qaldırılmaması barədə məlumat yoxdur.
Qeyd edək ki, Fatma Abdullazadə 1993-2005-ci illərdə Azərbaycan Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri, 2005-2017-ci illərdə isə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb. (Qaynarinfo)