Hüquq

Evi girovda olanlar üçün pis xəbər  - POLİS DƏ GƏLƏCƏK

Evi girovda olanlar üçün pis xəbər  - POLİS DƏ GƏLƏCƏK | FED.az
09:49 7 Avqust 2019

Ədliyyə Nazirliyinin Kollegiyası “Yerli icra və probasiya qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edib.

FED.az biznes portalı APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra və probasiya şöbələri, probasiya şöbələri, icra idarələri və şöbələri (qurum) Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan müvafiq cəzaların icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən, habelə probasiya nəzarətini həyata keçirən yerli struktur qurumlarıdır.
Eləcə də bax: «Novostroyka» sakinləri: «Artıq pulumuz var, baxaq necə xərcləyirik» - YENİLİK

Dəyişikliyə əsasən, yerli icra və probasiya qurumlarının vəzifələri artırılıb. Bu qurumların yeni vəzifələri aşağıdakılardır:

- icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək;

- icra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə tələbkara məlumat vermək;

- əmlakın borclu tərəfindən gizlədildiyini güman etməyə əsas olduqda məhkəmənin qərarı əsasında axtarış (saxlama yerlərini açmaq və baxmaq) aparmaq;

- qanunla müəyyən edilmiş hallarda və müddətlərdə borclunun əmlakının mühafizəsini təmin etmək.

Eləcə də bax: Köçməyən sakinlərə meriyadan xəbərdarlıq: «Çox pul istəyirlər - SƏBR KASASI DAŞA BİLƏR»

Yerli icra və probasiya qurumlarına borclunun yaşayış və ya qeyri-yaşayış sahəsindən çıxarılması zamanı, habelə borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda Daxili İşlər Nazirliyinin, rayon (şəhər) icra hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət etmək hüququ da verilib.

Digər xəbərlər