Bakıda “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları aldadan şəxs tutulub.
Eləcə də bax: Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini - TUTULDU
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən xəbərə görə, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadadaraq “beh” alan 1989-cü il təvəllüdlü Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. O ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib. Araşdırmalar davam etdirilir.
Vətəndaşlara tövsiyə edirik ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.