Binəqədi Rayon Məhkəməsində “Eurohome” MMC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.
Eləcə də bax: Məşhur ticarət mərkəzi “Eurohome”un fəaliyyəti dayandırılıb - FOTO - VİDEO
FED.az xəbər verir ki, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, inzibati tənbeh tətbiq olub, yəni cərimə cəzası kəsilib.
Xatırlatma: “Eurohome” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Qeyd: 2019-cu il dekabrın 10-da “EuroHome” ticarət mərkəzində yanğın hadisəsi baş verib. Nəticədə 128 nəfərə məxsus əmlak yanıb. Faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılıb, bir neçə şəxs həbs edilib