“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”.
Eləcə də bax: Gorus-Qafan yolunda - İranın Avtobusları da Yoxlanılır
FED.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı. (Report)