"Ermənilərin Azərbaycanda qanunsuz iqtisadi fəaliyyəti ilə bağlı 6 şirkət 3 milyon manatdan çox gəlir əldə edib"
FED.az xəbər verir ki, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifininqdə çıxışı zamanı deyib.
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana məxsus ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə bağlı hazırkı mərhələdə 2 cinayət işinin ibtidai istintaqı aparılıb, qeyri-qanuni hasilat işləri ilə məşğul olan ümumilikdə 6 şirkətin 306 821 019,93 manat məbləğində külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirilməsi müəyyənləşdirilib", - o, vurğulayıb. (Report)