Erməni təcavüzü nəticəsində 94 mülki şəxs öldürülüb, 414 nəfər yaralanıb.
Eləcə də bax: Ermənilərin öldürdüyü mülkilərin sayı - 93-ə Çatıb
FED.az xəbər verir ki, Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 94 mülki şəxs qətlə yetirilib, 414 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 512, çoxmənzilli yaşayış binalarının sayı 120, yaşayış evlərinin sayı isə 3 410-dir.