Banner

Hüquq

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat SƏRƏNCAM

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat SƏRƏNCAM | FED.az
15:41 1 Avq 2017
Prezident İlham Əliyev Vüqar Rafik oğlu Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

SƏRƏNCAM

V.R.Abdullayevin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. Vüqar Rafik oğlu Abdullayev Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorunun müavini təyin edilsin.

2. Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru təyin olunana qədər həmin vəzifənin icrası Vüqar Rafik oğlu Abdullayevə həvalə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 avqust 2017-ci il.

Digər xəbərlər

Banner