Bakı Apellasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini icra edən Vüqar Abdullayevin inzibati cərimə edilməsi barədə çıxardığı qərarını ləğv edib və işə xitam verilib.
Eləcə də bax: Məhkəmə Mərkəzi Bankın şikayətini - TƏMİN ETMƏDİ
Bu barədə FED.az-a məhkəmədən bildirilib.
Xatırladaq ki, Binəqədi rayon məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru vəzifəsini ica edən Abdullayev Vüqar Rafik oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) təqsirli bilinməsi 2000 manat məbləğində cərimə edilməsi haqqında qərar vermişdi.