Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyevə qarşı 580 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən Cəfər Əliyevin cinayət işi yenidən istintaqa göndərilib.
Elmar Vəliyevin qardaşına qarşı - 1 MİLYONLUQ DƏLƏDUZLUQ
FED.az xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Cinayət işi üzrə Şahmar Vəliyevdən əlavə 4 zərərçəkmiş şəxs var. İş üzrə dəymiş ziyan ümumilikdə 1 milyon 700 min manatdan artıqdır.
Qeyd edək ki, Cəfər Əliyev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində həbs qətimkan tədbiri seçilib. (Report)