Qəfil yola çıxan piyada qəzaya səbəb olur...
Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortasına maraq - İKİ DƏFƏ AZALIB
FED.az xəbər verir ki, keçiddən deyil, yolun hərəkət hissəsindən keçən piyadaya görə baş verən qəzada avtomobilə ciddi ziyan dəyir.
Piyadaların iştirakı ilə baş verən qəzaların bir çoxu piyadaların diqqətsizliyi və qayda pozması səbəbindən baş verir. Belə olan halda isə əksər hallarda sürücü ziyanı ödəməli olur.
Eskpertlər isə deyir ki, qəza zamanı günah piyadada olarsa dəyən zərəri ödəməlidir. Dünya ölkələrinin praktikasında qəza zamanı səhv kimdə olursa zərərçəkənə dəymiş ziyanı da o ödəyir.
Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, hadisə zamanı mütləq araşdırma aparılmalıdır. Məhkəmə əsasında sənədlər toplandıqdan sonra zərərçəkmiş dəymiş ziyanın düzəlməsini qarşı tərəfdən tələb etməlidir.
Qəza zamanı səhv piyadada olarsa və piyada vəfat edərsə dəymiş ziyanı onun varisləri ödəməlidir.
Ekspertlər onu da bildirir ki, hər 10 qəzadan 5-i piyada səhvinə görə olur.