Dövlət Vergi Xidməti tərəfindən verilən rəsmi məlumata görə, vətəndaşın hesabından 18% ƏDV yalnız xaricdən elektron-ticarət qaydasında iş və xidmət alınan zaman banklar tərəfindən tutulur. Yəni bu ödəmə banklar tərəfindən əllə tutula bilməyən məhsullarda tətbiq olunur. Bəs bu ödəmə anında tutulmazsa, sonradan istehlakçının kartından çıxarılması hüquqi cəhətdən necə qiymətləndirilir?
Eləcə də bax: Xarici alış-verişlər zamanı ƏDV tələbi ilə bağlı - VERGİDƏN AÇIQLAMA
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Əlövsət Allahverdiyev açıqlama verib.
O qeyd edir ki, əgər şəxs vergi ödəyicisi deyilsə, və onun aldığı mala görə bir ildə sonra 18% ƏDV tutulursa, bu istehlakçının hüququnun pozulmasıdır. Birincisi, ona görə ki, bu pul anında tutulmalı idi, yəni bir ildən keçdikdən sonra tutula bilməz, bu qanun pozuntusudur. Birbaşa məhkəmə mübahisəsidir, yəni vətəndaş məhkəməyə müraciət edə bilər. Həm vergi ödəyicisi olmadığına görə anında tutulmamasına görə, həm də ona xəbərdarlıq edilmədən bu əməliyyatın aparılması qanuna ziddir.
Qeyd edək ki, hüquqların pozulması anında istənilən şəxs məhkəmə orqanlarına müraciət etmək hüququna malikdir.