Ədliyyə Nazirliyi bələdiyyə idarəçiliyinin təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından səmərəli istifadə olunması, yerli vergi və ödənişlərin toplanmasındakı problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar təkliflər paketini Nazirlər Kabinetinə göndərib.
Eləcə də bax: Bələdiyyələrin qanunsuz satdığı torpaqlardan 9 096 hektarı - GERİ QAYTARILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.
Təkliflər paketində Mülki, Torpaq və İnzibati Xətalar məcəllələrinə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Bələdiyyələrin statusu haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və s qanunlara dəyişikliklər nəzərdə tutulub.