Koronavirusla mübarizə çərçivəsində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati tənbeh tədbirləri görülüb.
Eləcə də bax: Bakıda daha bir məşhur hoteldə - KARANTİN QAYDALARI POZULDU
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 5-də epidemiya əleyhinə rejimi pozan, respublika üzrə 11 iaşə obyektinin fəaliyyət göstərdiyi məlum olub. Həmin obyekt sahiblərinin 1-i inzibati həbs, 10 nəfər isə inzibati cərimə edilib.
Ümumilikdə ötən gün ərzində respublika üzrə xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər inzibati həbs edilib, 2294 nəfər inzibati cərimə olunub.