Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətinin icra başçısı Vilyam Hacıyevin həbsinin görüntülərini yayıb.
Eləcə də bax: İcra başçılarını qorxudan gizli kameralar... - PULTLA İDARƏ EDİLİR
FED.az xəbər verir ki, mayın 5-də məhkəmənin qərarı əsasında DTX tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Eləcə də bax: "Pulları evində alırmış" - DTX-dan icra başçısı ilə bağlı - RƏSMİ AÇIQLAMA
Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı V.Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.