Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayonunda daha iki yüksək vəzifəli şəxsi saxlayıb.
Eləcə də bax: Neftçalada baş həkim də saxlanıldı - DTX TƏRƏFİNDƏN
FED.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan şəxslər arasında Neftçala rayon icra hakimiyyətinin başçısının birinci müavini Əkbərov Vurğun Nizami oğlu və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən saxlayıb.