“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun nədə ittiham olduğu məlum olub.
Səfər Mehdiyevdən saxlanılan generalın yerinə - TƏYİNAT
FED.az biznes və maliyyə xəbərləri portalı APA-ya istinadən xəbər verir ki, gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.
DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyatın detalları - GENERAL SAXLANILIB
Onun 200 min manatdan çox rüşvət aldığı bildirilir.
Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.