DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anmışlar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət etmişlər.
Abidənin önünə gül dəstələri qoyulmuş, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.














