Dövlət Təhlükəsizliyi Xidmətində icraatda olmuş cinayət işləri üzrə vurulmuş ziyanın aradan qaldırılması istiqamətində işlər görülüb.
Azərbaycanda bu cinayətləri törədənlərin əmlakı - MÜSADİRƏ EDİLƏCƏK
FED.az xəbər verir ki, bunu DTX-ın rəisi, general-polkovnik Əli Nağıyev rəsmi qəzetə müsahibəsində deyib.
O bildirib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin dövlət büdcəsi nəfinə müsadirə edilməsi məqsədilə ümumilikdə 175 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi və əmlak üzərinə həbs qoyulması təmin edilib. (Apa)