Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri bu dəqiqələrdə Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Eləcə də bax: DTX daha bir məmuru saxladı - RƏSMİ
FED.az xəbər verir ki, artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.
Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Xatırladaq ki, artıq icra başçısı və bir neçə müavini saxlanılaraq Bakıya gətirilib.
Qafqazinfo