Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.
FED.az xəbər verir ki, bu barədə Modern.az-a İmişli Rayon İcra Hakimiyyətindəki mənbələr məlumat veriblər. Günün sonunda rəsmi məlumatın yayılacağı qeyd olunur.
***
Bu dəqiqələrdə DTX əməliyyatçıları İmişli rayon İcra Hakimiyyətinin binasına daxil olub.
Eləcə də bax: İcra başçısı belə tutuldu: "500 nəfərə yardımı yazaq 200-ün götürək" - VİDEO
FED.az xəbər verir ki, əməliyyatçılar bundan əvvəl olduğu kimi, İH başçısının iş kabinetində axtarış aparırlar.
Qeyd edək ki, İmişlinin icra başçısı Vilyam Hacıyevdir.
Musavat