Prezident İlham Əliyev dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında fəman imzalayıb. FED.az xəbər verir ki, fərmana əsasən, dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuraları yaradılacaq. Fərmanla həmin Şuraların nümanəvi əsasnaməsi də təsdiqlənib. Sənəddə bildirilir ki, “dövlətə məxsus olan hüquqi şəxs” dedikdə
- paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyəti, məhdud məsuliyyətli cəmiyyət və digər təşkilati-hüquqi formada fəaliyyət göstərən kommersiya hüquqi şəxsi;
- dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsi və publik hüquqi şəxs nəzərdə tutulur.
Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdi etməli, eləcə də, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməlidir.
Azərbaycan Prezidenti yanında Apellyasiya Şurası da bu Fərmandan irəli gələn məsələləri həll etməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.
Eləcə də bax: Azərbaycanda məhkəmə qərarlarının bir hissəsini – ROBOTLAR VERMƏYƏ BAŞLAYIB