Dövlət Gömrük Komitəsinin əməkdaşı həbs olunub.
Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin rəisi həbs olundu
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Məlumata görə, Fərid Usubov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda zəruri istintaq tədbirləri icra olunur. İctimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fərid Usubovun saxlanılması barədə ilkin olaraq gununsesi.info məlumat yayıb.
Fərid Usubovun uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş, general-leytenant Cəbrayıl Usubovun oğlu olduğu bildirilir. (Apa)










