Azərbaycanda hesabına dövət büdcəsinin vəsaitlərinin daxil olduğu sahibkarlıq subyektləri və onların subpordratçılarının fəaliyyətinə dövlət tərəfmidən nəzarət ediləcək.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyev tərəfindən təsdiq edilimiş «Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı»nda nəzərdə tutulub.
Planda nəzərdə tutulan tədbirlərdən biri də Hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların subpodratçılarının fəaliyyətinin araşdırımasıdır.
Sənədə əsasən, hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların subpodratçılarının fəaliyyətinin sistematik auditi, şel şirkətlər və onların benefisiar mülkiyyətçilərinin araşdırılması və qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulur.
Sözügedən tədbirlər 2023-cü ildən başlanacaq və 2024-2025-ciillərdə də davam edəcək.
Belə ki, elektron qaiməfakturalar üzrə təhlillər apararaq hesabına dövlət büdcəsindən vəsait daxil olan sahibkarlıq subyektləri müəyyən ediləcək. Bu işlə Maliyyə Monitorinqi Xidməti və Dövlət Vergi Xidməti məşğul olacaq və artıq 2023-cü ildən başlanacaq.
Bundan başqa, sözügedən qurumlar sahibkarlıq subyektləri üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması risklərinin qiymətləndirməsi üçün birgə tədbirlər görməli və strateji təhlillər aparmalıdır.
Aparılmış strateji təhlillərin nəticələri üzrə vergi nəzarəti həyaat keçiriləcək – bu işlər 2024-2025-ci illərdə nəzərdə tutulub.
Bu təhlillər və vegi nəzarəti nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması halları aşkar edilsə, bu barədə hüquq mühafizə orqanları məlumatlandırılacaq.
Fəaliyyət planında bildirilir ki, bu tədbirlər nəticəsində Hesabına dövlət büdcəsi vəsaiti daxil olan sahibkarlıq subyektlərinin maliyyə əməliyyatları sistemli təhlil ediləcək, onlar üzərində nəzarət gücləndiriləcək. Eləcə də həmin sahibkarlıq subyektləri üzərində nəzarət gücləndiriləcək.
Fəaliyyət Planına əsasən, son nəticədə bu addımlar dövlət büdcəsi vəsaiti üzrə sahibkarlıq subyektləri tərəfindən aparılan əməliyyatların şəffaflığını təmin etməlidir.