Tanınmış apteklər şəbəkəsi “Dokta Apteklər” qanunvericiliyi pozduğu üçün cərimələnib.
Eləcə də bax: “Zeytun" aptek - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, şirkət barəsində tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verilib.
İddia təmin olunarsa, “Dokta Apteklər”i 8 min manatadək cərimə cəzası gözləyir.
Qeyd edək ki, “Dokta Apteklər” ölkənin bir çox bölgəsində filialı olan geniş şəbəkəyə malikdir. (Qafqazinfo)