“Saxta COVID-19 pasportu alanlar istintaqdan yayına bilməyəcək, sadəcə geci, tezi var”.
Eləcə də bax: Daha bir rayon xəstəxanasında saxta COVID-19 pasportu satan həkimlər - SAXLANILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.
“Diqqətə çatdırırıq ki, saxta COVID-19 pasportunun alınması Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət tərkibi yaradır. Bəzi insanlar saxta COVID-19 pasportu alaraq vaksin olunmur, özü yoluxaraq başqalarının da yoluxmasına səbəb olur.
Qeyd edim ki, bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir. Saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139-1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Bütün bu halların baş verməməsi üçün insanlar saxta koronavirus pasportu almaqdan çəkinməli, qoyulan bütün qaydalara əməl etməli, özünün və başqalarının sağlamlığını qorumalıdır”, - DİN rəsmisi vurğulayıb.