Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Eləcə də bax: Bakıda şirkət əməkdaşı qəza törədib - 3 NƏFƏR HƏLAK OLUB
DİN-in Mətbuat Xidmətindən FED.az-a daxil olan məlumatda deyilir:
"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - Firudin Əsədovun idarə etdiyi “Hyundai” və Elşən Eyvazovun idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, F.Əsədovun idarə etdiyi avtomobil “Səba” ASC-yə məxsusdur.