Azərbaycanda dənizdən qum-çınqıl götürülməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi cərimələr azdır.
"Salehoglu-R" karxanası qum-çınqılı qanunsuz daşıyırmış - CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Cərimənin məbləği elədir ki, 2-3 maşın yaxşı qum-çınqıl götürəndə bunu qarşılamaq olur", - deyə o qeyd edib. (Report)