Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
İki kartdan 45 min manatdan çox pul oğurlanıb - VİDEO
Bu barədə FED.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.