2020-ci ilin dekabrında həbs edilən Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Eləcə də bax: “100 minin baş prokurora çatdığını dedim” - Bakıda vəzifəli şəxsə qarşı - FIRILDAQ
FED.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş məmur 12 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Zeynalov külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. əməllərdə ittiham olunurdu. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi.
O, 2018-ci ilin fevralın 6-da Cəlilabada icra başçısı təyin olunmuşdu.
Qeyd edək ki, Azərbaycanda 2020-ci ilin ilk beş ayı ərzində 6 icra başçısı həbs edilmişdi. Onların bir çoxuna hökm oxunub. (Qafqazinfo)