Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.
Eləcə də bax: DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyatın detalları - GENERAL SAXLANILIB
FED.az xəbər verir ki, İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.
Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb. (Qafqazinfo)