“Azərbaycan Koka-Kola Bottlers Limited” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən inzibati xəta protokolu tərtib edilib.
Eləcə də bax: “Araz Supermarket” - CƏRİMƏLƏNDİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azərbaycan Koka-Kola Bottlers Ltd.” barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimə protokolu tərtib edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.