Hər bir vətəndaşın barəsində olan məhdudiyyət tədbirindən xəbəri var.
Ölkədən çıxışına “Stop” qoyulanlara - SMS GÖNDƏRİLƏCƏK
FED.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində panel sessiyada Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev ölkədən çıxışına "Stop" qoyulanların məlumatlandırılması ilə bağlı suala cavabında deyib.
Elşad Hacıyev qeyd edib ki, amma bununla belə, vətəndaşlara barələrində olan məhdudiyyət tədbirləri barədə elektron bildirişin göndərilməsi ilə bağlı hazırda iş gedir. (Apa)