2005-ci ildə Laçın sakinləri İnsan Hüquqları üzrə Avropa Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə iddia qaldırıblar.
Eləcə də bax: İlham Əliyev: “Biz təzminat tələb edirik”
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov bildirib.
O qeyd edib ki 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə qərarı ilk və yeganə beynəlxalq məhkəmə sənədidir ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı sübut və təsdiq olunur.
"Həmin qərarla Ermənistan hökuməti bütün məcburi köçkünlər üçün bir mexanizm yaratmalı idi ki, zərərçəkmişlər kompensasiyaya görə müraciət etsinlər. Belə ki, həmin mexanizmlə Ermənistan dövləti kompensasiyaya baxmalı və müvafiq təzminat ödəməlidir. Lakin onlar uydurma bəhanələrlə kompensaisya ödəəmkdən boyun qaçırır. Çünki elə düşünürlər ki, güya onlar təzminat ödəməklə məsuliyyət daşıyan dövlət kimi tanınanacaqlar. Amma onlar artıq məsuliyyət daşıyan dövlət kimi tanınır.
Avropa Şurasının Nazirlər Komitəsində tədbirlər görürük ki, bunula bağlı komitədə qərar çıxarılsın və kompensasiyasının ödənilməsi üzrə Ermənistana təzyiq göstərilsin", - deyə o əlavə edib. (Trend)