Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.
Cəlilabad rayon prokurorluğundan FED.az-a verilən xəbərə görə, Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı həmin məktəbdə 08.10.2018-ci ildən 10.03.2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rüşvət ilə gömrükdən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər - SAXLANILDI
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam edir.