“Caspel” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verib.
Eləcə də bax: Azərbaycanın ən böyük qızılgül müəssisəsi olan “AzRose” - AUDİTDƏN YAYINIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Caspel” MMC müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Caspel” IT-şirkəti 2005-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.