Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev aclıq aksiyasına başlayıb.
Cahangir Hacıyev - MƏHKƏMƏYƏ GƏTİRİLDİ
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə onunla mayın 2-də görüşdən sonra vəkil Fəxrəddin Mehdiyev “Amerikanın Səsi”nə bildirib.
Qeyd edib ki, Hacıyev mayın 1-dən etibarən 13 saylı Cəzaçəkmə Müəssisəsində effektiv tibbi xidmətin olmamasına və saxlanma şəraitinə etiraz olaraq bu addımı atıb.