Bu şirkət 120 min avro cərimə ödəyəcək
09:16
7 İyun 2019
Litva məhkəməsi Latviyanın “AirBaltic” Hava Yolları Şirkətinin sərnişinlərinə 120 min avro məbləğində kompensasiya ödəmək barədə qərar qəbul edib. Sərnişinlərin haqlarını “Skycop” şirkəti müdafiə edib. FED.az xəbər verir ki, 2018-ci ildə şirkətin fəaliyyəti ilə bağlı açılan 200 məhkəmə işi yekunlaşıb. Məhkəmə prosesləri hazırda Latviya və Polşada da davam edir. Şikayətlər əsasən gecikmiş, ləğv edilmiş və artıq bronlaşdırılmış reyslərdə hüquqları tapdalanmış sərnişinlərdən daxil olub. Skycop aviareyslər zamanı sərnişinlər tərəfdən gələn şikayətləri qəbul edərək hüquqları bərpa edir. Hazırda o həmçinin Ryanair, Swiss Air Lines, Iberia, Vueling, Enter Air, Smartwings Poland, Ukaine International Airlines kimi şirkətlərlə bağlı daxil olan şikayətləri də araşdırır