Bakı, Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
FED.az xəbər verir ki, yeni təyinatlarla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılıb.
Layihəyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Faiq Qəniyev və Əli Məmmədov, Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyeva, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmmədov, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nigar Nəbizadə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Təranə Məmmədova, Astara Rayon Məhkəməsinin hakimi Zamin İbrahimov Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov, Tərtər Hərbi Məhkəməsinin hakimi Sevindik Əzizov, Şəki Kommersiya Məhkəməsinin hakimi Rüfət Məcidov vəzifələrinin dəyişdirilməsiylə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimləri Toğrul Axundov və Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunublar.
Azər İsmayılov vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Zülfüqar Sadiqov, Balakən Rayon Məhkəməsinin hakimi Zamin Tahirov Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunublar.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin olunub. Samir Mayılov da vəzifəsinin dəyişdirilməsiylə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.