İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə yeni iki bəndin əlavə edilməsi təklif edilir.
Eləcə də bax: Tikintidə təhlükəsizlik qaydalarını pozmağa görə - CƏRİMƏ VƏ CƏZALAR DƏYİŞDİRİLİR
FED.az xəbər verir ki, əlavə edilən 198.2-ci maddəyə təklif olunur ki, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə 1000 manatdan 1500 manatadək cərimə edilsin.
198.3-cü bəndə isə təklif edilir ki, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilsin.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsi əməyin mühafizə qaydalarının pozulması adlanır.