Vətəndaşlara vurulan 3 milyondan artıq ziyanın ödənilməsi təmin edilib.
Baş Prokurorluğun sorğusu əsasında xarici bankda olan külli miqdarda pulun üzərinə - HƏBS QOYULUB
FED.az xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram səhifəsində canlı yayımda qurumun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev deyib.
O bildirib ki, bu il ərzində cinayət işləri üzrə vətəndaşlara dəymiş ziyanın ödənilməsi istitaqəmətində işlər aparılıb və 3 milyon manatdan çox pul sahiblərinə qaytarılıb. (Apa)